Bank Of Baku

Bakıda I “İçərişəhər” İntellektual Festivalı keçirilib

Bakıda I “İçərişəhər” İntellektual Festivalı keçirilib
# 25 iyun 2011 09:48 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakıda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, “İRƏLİ” İctimai Birliyi (İB) və “Xəzər” İntellektual Gənclər Klubunun birgə təşkilatçılığı ilə I “İçərişəhər” İntellektual Festivalı keçirilib.

APA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə açan “Xəzər” İntellektual Gənclər Klubunun sədri Seymur Teymurov festivalın əsas məqsədinin gənclər arasında elmə, biliyə və intellektual oyunlara olan marağı artırmaq və tarixi irsimizi təbliğ etməkdən ibarət olduğunu deyib.

Festivalda breyn-rinq, fərdi oyun, erudit-loto və “İnanırsan-inanmırsan?” kimi oyunlar keçirilib. Sonda qaliblərə hədiyyələr, festivalın diplom və medalları təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR