Bank Of Baku

Azərbaycan Tibb Universitetinin 300-dək oğlan məzununa yay hərbi çağırışından möhlət hüququ verilib

Azərbaycan Tibb Universitetinin 300-dək oğlan məzununa yay hərbi çağırışından möhlət hüququ verilib
# 25 iyun 2011 10:05 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu il Azərbaycan Tibb Universitetini (ATU) 1259 məzun başa vurub. Həmin tələbələrin əksəriyyəti Azərbaycanda baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə bu il keçiriləcək rezidentura səviyyəsinə qəbul imtahanlarında iştirak edəcəklər. ATU-nun tədris hissə müdiri Nəsimi Qasımovun APA-ya verdiyi məlumata görə, universitetin oğlan məzunlarına rezidenturaya qəbul imtahanlarında iştirakına şərait yaradılıb: “Universitetin 300-dək oğlan məzununa yay hərbi çağırışından möhlət hüququ verilib. Onlar da rezidentura imtahanlarında iştirak edə biləcəklər”.

Qeyd edək ki, rezidenturaya ilk qəbul imtahanlarının sentyabradək keçirilməsi nəzərdə tutulur. Səhiyyədə müxtəlif sahələr üzrə tibb mütəxəssislərinə tələbata uyğun olaraq 2011-2012-ci illərdə qəbul ediləcək rezidentlərin sayı 300 nəfər müəyyən edilib. Bu il qəbul olunan rezidentlər ödənişsiz əsaslarla təhsil alacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR