Bank Of Baku

Bakı şəhər Veteranlar Şurasında Silahlı Qüvvələr Günü münasibətilə sərgi açılıb

Bakı şəhər Veteranlar Şurasında Silahlı Qüvvələr Günü münasibətilə sərgi açılıb
# 25 iyun 2011 10:07 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Bakı şəhər Veteranlar Şurasında 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə 1992-1994-cü ildə cəbhə xəttindən çəkilmiş fotoşəkillərdən ibarət sərgi açılıb. APA-nın məlumatına görə, sərgidə jurnalist Tatyana Çaladzenin müxtəlif dövrlərdə cəbhə xəttindən çəkdiyi fotoşəkillər nümayiş olunur.

Bakı şəhər Veteranlar Şurasının sədri Məmməd Qarayev bildirib ki, fotosərginin təşkilində məqsəd vətəndaşlara, xüsusilə də gənclərə Azərbaycan Ordusunun keçdiyi döyüş yolunu tanıtdırmaq, Azərbaycan əsgərinin hansı şəraitdə və necə döyüşdüyünü göstərməkdir.

Sərgidə Qarabağda gedən döyüşlərdə xüsusi rol oynamış bir sıra komandirlərin – mərhum general-mayor Zaur Rzayevin, Xüsusi Təyinatlı Polis Dəstəsinin komandiri Rövşən Cavadovun, hazırda Silahlı Qüvvələrin Baş Qərargah rəisi olan general-polkovnik Nəcməddin Sadıqovun və digər şəxslərin hərbi əməliyyatlar zamanı çəkilmiş fotoları da yer alır.

Fotosərgi bir həftə davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR