Bank Of Baku

Azərbaycan paytaxtında yağmursuz isti hava şəraiti davam edəcək

Azərbaycan paytaxtında yağmursuz isti hava şəraiti davam edəcək
# 27 iyun 2011 09:07 (UTC +04:00)
Bakı-APA. Bakıda və Abşeron yarımadasında isti hava şəraiti davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, iyunun 28-də havaların az buludlu, yağmursuz keçəcəyi gözlənilir, mülayim şimal-qərb küləyi axşam arabir güclənəcək. Havanın temperaturu gecə 20-24 dərəcə, gündüz 30-35 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu müsbət 23-24 dərəcə olacaq.

İyunun 29-da havaların dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir, şimal küləyi əsəcək, yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gecə 20-24 dərəcə, gündüz 28-32 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında İyunun 28-də havaların əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim qərb küləyi arabir güclənəcək, havanın temperaturu gecə 17-22, gündüz 30-35 dərəcə isti, dağlarda gecə 11-16 dərəcə, gündüz 23-28 dərəcə isti olacaq.

İyunun 29-da havalar əsasən yağmursuz keçəcək, mülayim qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 17-22 dərəcə isti, gündüz 30-34 dərəcə isti, dağlarda gecə 9-14, gündüz 20-25 dərəcə isti olacaq.

İyunun 28-də Abşeron yarımadasında günorta saatlarında isti diskomfort hava şəraiti meteohəssas insanlarda narahatlıq hissi yaratsa da, sonrakı iki gün ərzində arabir güclənən xəzri küləyini müsbət amil kimi qiymətləndirmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR