Bank Of Baku

Güclü qar Ağdam və Bərdə rayonunda kəndləri işıqsız qoyub

Güclü qar Ağdam və Bərdə rayonunda kəndləri işıqsız qoyub
# 07 noyabr 2011 14:13 (UTC +04:00)
Ağdam. Teymur Zahidoğlu – APA. Azərbaycan ərazisində hava şəraitinin kəskin pisləşməsi nəticəsində Ağdam və Bərdə rayonunun yaşayış məntəqələrinə elektrik enerjisinin verilişində fasilələr yaranıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hazırda Ağdamda 10-a, Bərdədə isə 5-dən artıq kəndə elektrik enerjisinin verilişi dayandırılıb. Bərdə şəhərinin bir hissəsində də elektrik enerjisi təminatında fasilə yaranıb.

Hazırda bölgədə güclü küləklə müşayiət olunan qar yağır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR