Bank Of Baku

Oktyabrda Azərbaycanda inflyasiyanın səviyyəsi dəyişməyib

Oktyabrda Azərbaycanda inflyasiyanın səviyyəsi dəyişməyib
# 08 noyabr 2011 08:01 (UTC +04:00)
Ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayın səviyyəsində qalıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, oktyabr ayında ərzaq məhsullarından manna yarmasının, makaron məmulatlarının, mal və qoyun ətinin, toyuq və toyuq budunun, kolbasanın, təzə balığın, pasterizə olunmamış üzlü südün, kərə yağının, süfrə marqarininin, bitki yağlarının, şaftalının, qarpız və yemişin, xiyarın, pomidorun, bibərin, badımcanın, şəkərin qiyməti bahalaşıb. Ay ərzində bahalaşma ilə yanaşı, bəzi ərzaq məhsullarının qiymətlərində ucuzlaşma da müşahidə olunub. Əsasən un, çovdar və qarışıq undan çörək, qarabaşaq yarması, yumurta, limon, banan, portağal və naringi, alma, armud, heyva, nar, xurma, üzüm, qoz, şabalıd, kələm, göyərti, göy lobya, çuğundur, kök, sarımsaq, soğan, kartof və s. məhsulların qiymətlərində ucuzlaşma qeydə alınıb.

Oktyabr ayında qeyri-ərzaq mallarından geyim və ayaqqabıların, inşaat materiallarından yağlı və sulu boyaların, parket üçün lakın, divar kağızlarının, ağac yonqar lövhələrin, parketin, kərpicin, mebellərdən mətbəx üçün mebel dəstinin, mətbəx üçün kətilin, yataq mebel dəstinin qiymətləri bahalaşıb, su tənzimləyici cihazların, kəsilmiş taxtaların, ağac lifli lövhələrin, sementin, mebellərdən qonaq və yemək otaqları üçün dəstin, mətbəx üçün stolun, məişət avadanlıqlarından elektroduxovkanın, tozsoranların qiymətləri isə ucuzlaşıb.

Əhaliyə göstərilən pullu xidmətlərdən ötən ayda internet xidməti tariflərində, beynəlxalq və MDB ölkələrinə hava sərnişindaşıma tariflərində və MDB ölkələrinə dəmiryol sərnişindaşıma tariflərində ucuzlaşma müşahidə olunub.

Qeyd edək ki, sentyabr ayında ölkədə inflyasiyanın səviyyəsi avqust ayına nisbətən 1,1% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR