Bank Of Baku

Dövlət Baytarlıq Xidməti Qurban bayramında heyvan və ət satışı ilə bağlı nəzarəti başa çatdırıb

Dövlət Baytarlıq Xidməti Qurban bayramında heyvan və ət satışı ilə bağlı nəzarəti başa çatdırıb
# 08 noyabr 2011 08:23 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) Qurban bayramı ilə əlaqədar respublikanın rayonlarında və Bakı şəhərində qurbanlıq heyvanların satışı ilə bağlı araşdırmaları başa çatdırıb. Bu haqda APA-ya açıqlamasında DBX-nin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli bildirib. Onun sözlərinə görə, Qurban bayramı ilə əlaqədar baytarlıq mütəxəssisləri paytaxtın girişində - Lökbatan, Xırdalan dairələri, Şamaxı və Dərnəgül yollarında Bakıya gətirilən heyvanlarla bağlı sənədləri araşdırıb. Həmçinin Bakıda qoyun və ət satılan 14 məntəqədə baytarlıq-sanitariya tələblərinə əməl olunması qaydaları yoxlanılıb: “Təəssüf ki, xəbərdarlıqlarımıza baxmayaraq, bəzi işbazlar yenə də yol kənarlarında heyvanların satışını təşkil etdilər. Az da olsa müəyyən olunmamış yerlərdə heyvan kəsimi həyata keçirilib. Bütün neqativ hallara qarşı tədbirlər həyata keçirilib”.

Qeyd edək ki, müəyyən edilmiş xüsusi yerlərdən kənarlarda heyvan və ət satışı ilə məşğul olan fiziki şəxslərin 25, hüquqi şəxslərin 100-125, vəzifəli şəxslərin isə 40-60 manat arasında cərimə olunması nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR