Bank Of Baku

Tiflisdə Mülki inteqrasiya və tolerantlıq üzrə Milli Konsepsiya planının həyata keçirilməsinin monitorinqi barədə hesabatın təqdimatı keçirilib

Tiflisdə Mülki inteqrasiya və tolerantlıq üzrə Milli Konsepsiya planının həyata keçirilməsinin monitorinqi barədə hesabatın təqdimatı keçirilib
# 08 noyabr 2011 10:51 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Tiflisdə Vətəndaş İnkişafı Agentliyinin (CİDA) təşəbbüsü, Avropa Birliyinin və BMT-nin inkişaf Proqramının dəstəyi ilə 2010-2011-ci ildə Mülki inteqrasiya və Tolerantlıq üzrə Milli Konsepsiya planının həyata keçirilməsinin monitorinqi barədə hesabatın təqdimatı keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri CİDA-nın direktoru Zviad Devdoriani açaraq Milli Konsepsiya planının monitorinqi barədə hesabatla çıxış edib. Z. Devdoriani Milli Konsepsiya planına uyğun olaraq milli azlıqların, o cümlədən azərbaycanlıların kompakt yaşadığı Marneuli, Bolnisi və Qardabanidə dövlətin dəstəyi ilə həyata keçirilən "kənd proqramları" çərçivəsində məktəblərin təmiri, uşaq bağçalarının açılması, kənd yollarının asfaltlaşdırılması barədə də məlumat verib. Sonra Gürcüstan milli təhlükəsizlik şurası katibinin müavini Tamar Kintsuraşvili, "Mesxilər İttifaqı"nın rəhbəri Georgi Andğuladze və başqaları ölkə rəhbərinin təşəbbüsü ilə həyata keçirilən Milli Konsepsiya planının uğurla həyata keçirildiyini və eyni zamanda bu planın milli azlıqların həyat şəraitinin yaxşılaşdırılmasına, dövlət dilinin öyrənilməsinə və təhsilin inkişafına yönəldiyini vurğulayıblar. Tədbirdə iştirak edən gürcü, azərbaycanlı QHT nümayəndələri hesabatla bağlı davam edən diskussiyada fəal iştirak edərək bir sıra problemlər barədə fikir mübadiləsi aparıblar.
Tədbirdə reinteqrasiya məsələləri üzrə dövlət nazirinin müşaviri Savalan Mirzəyev, rayon icra hakimiyyəti başçılarının müavinləri, beynəlxalq donor təşkilatları və vətəndaş sektoru, eyni zamanda etnik azlıq nümayəndələri iştirak ediblər. Hesabat "Multi etnik etibar şəbəkəsinin yaradılması" layihəsi çərçivəsində hazırlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR