Bank Of Baku

Bakı Metropoliteninin “Məşədi Əzizbəyov” stansiyasında aparılan yenidənqurma işləri bu ilin sonunadək tam başa çatacaq

Bakı Metropoliteninin “Məşədi Əzizbəyov” stansiyasında aparılan yenidənqurma işləri bu ilin sonunadək tam başa çatacaq
# 08 noyabr 2011 11:22 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bildirib.

Onun sözlərinə görə, bu stansiya digərlərindən fərqli olaraq çox əhatəlidir: «Yenidənqurma işlərindən sonra «Məşədi Əzizbəyov» stansiyasının görkəmi dəyişəcək. Belə ki, stansiyanın vestibülü piramida şəklində olacaq. Bununla yanaşı, stansiyanın 6 giriş-çıxış olacaq. Yenidənqurma işləri 2012-ci ilin yanvarın 1-dək başa çatdırılacaq».

Qeyd edək ki, «Məşədi Əzizbəyov» stansiyasında aparılacaq yenidənqurma işləri nəticəsində keçidin yeri dəyişdiriləcək, daxili interyer yenilənəcək, tavan 6,45 metr hündürlüyündə olacaq, həmçinin yeni giriş və çıxışlar açılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR