Bank Of Baku

Yaxın günlərdə Azərbaycan paytaxtında dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır

Yaxın günlərdə Azərbaycan paytaxtında dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır
# 08 noyabr 2011 11:29 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, arabir güclənən cənub-qərb küləyi gündüz yarımadanın bəzi yerlərində güclü olacaq. Havanın temperaturunun gecə 1-3, gündüz 5-9 dərəcə isti olacağı gözlənilir.

Noyabrın 10-da hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-5, gündüz 8-12 dərəcə isti olacaq.

Noyabrın 11-də havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı proqnozlaşdırılır. Axşam buludluluğun artacağı gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 4-7, gündüz 8-10 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 9-da hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Arabir güclənən cənub-qərb küləyi əsasən dağlıq ərazilərdə güclü olacaq. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi yerlərdə 6 dərəcə isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 17-22 dərəcə şaxta təşkil edəcək.

Noyabrın 10-11-də bölgələrdə hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, çiskin müşahidə ediləcək. Lakin 11-də gecə və axşam bəzi yerlərdə yağıntı gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 14-19 dərəcə şaxta təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR