Bank Of Baku

Bakı Metropoliteninin «28 May» stansiyasında eskalatorların sayı artırılacaq

Bakı Metropoliteninin «28 May» stansiyasında eskalatorların sayı artırılacaq
# 08 noyabr 2011 11:48 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bildirib.

Onun sözlərinə görə, hazırda metronun «Məşədi Əzizbəyov» stansiyası yenidən qurulur: «Ümumiyyətlə, metropolitendə tikinti və yenidənqurma işlər dayanmadan davam etdirilir. Vəsaitdən asılı olaraq gələcəkdə «28 May» stansiyasında eskalator zolaqlarının sayı 4-ə çatdırılacaq ki, hazırda bu istiqamətdə Almaniyanın «Tisson» şirkəti ilə danışıqlar aparılır. Ümumiyyətlə gələcəkdə ola bilsin ki, «28 may», «Sahil» və digər stansiyalarda yenidənqurma işləri aparılsın».

T. Əhmədov onu da bildirib ki, 2006-cı ildən Bakı Metropoliteninə yatırılan investisiya hesabına «Nəsimi» (2008-ci ildə), «Azadlıq prospekti» (2009-cu ildə), «Dərnəgül» (2011-ci ildə) yeni stansiyaları istifadəyə verilib, eyni zamanda 2009-cu ildə «28 May» və «Cəfər Cabbarlı» stansiyalarının ikinci çıxışı açılıb və «İçərişəhər» stansiyasının yenidənqurulması həyata keçirilib.

Xatırladaq ki, 1967-ci ildə istifadəyə verilmiş Bakı Metropoliteninin hazırda 2 xətti, 23 stansiyası, 1 deposu və 31,5 km yolu mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR