Bank Of Baku

Londondakı türk məktəbində azərbaycanlı şagirdlər üçün sinif açılıb

Londondakı türk məktəbində azərbaycanlı şagirdlər üçün sinif açılıb
# 08 noyabr 2011 12:17 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. İngiltərənin paytaxtı Londonda fəaliyyət göstərən türk dili və mədəniyyəti məktəblərindən olan Ali Rza Değirmencioğlu Məktəbinin nəzdində azərbaycanlı şagirdlər üçün sinif açılıb. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, açılan sinifdə azərbaycanlı şagirdlər öz dillərini və mədəniyyətlərini öyrənə biləcəklər. Dərsləri azərbaycanlı müəllim tədris edəcək.

Azərbaycan məktəbinin direktoru Nailə Zülfüqarova sinifdə Londonun şimal və şərq bölgəsində yaşayan azərbaycanlıların təhsil alacağını deyib. Onun sözlərinə görə, Londonun qərbində yaşayan azərbaycanlılar üçün isə ayrıca bir məktəb açılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR