Bank Of Baku

Zərdabın Pərvanlı kəndində yeni orta məktəb binasının təməli qoyulub

Zərdabın Pərvanlı kəndində yeni orta məktəb binasının təməli qoyulub
# 08 noyabr 2011 15:57 (UTC +04:00)
Zərdab. Zahid Abışov – APA. Azərbaycanın Zərdab rayonunun Pərvanlı kəndində yeni orta məktəb binasının təməlqoyma mərasimi keçirilib. APA-nın yerli bürosunun xəbərinə görə, mərasimdə məlumat verilib ki, yeni məktəb 180 yerlikdir. Məktəbin müvafiq Dövlət Proqramı çərçivəsində inşa edildiyi bildirilib.
Mərasimdə Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayev, əlaqədar qurumların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qeyd olunub ki, Zərdabda bu il 7 orta məktəb binası istifadəyə verilib. Hazırda daha 4 məktəb binasının tikintisi davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR