Bank Of Baku

Təhlükəli asteroidin Yerlə toqquşma təhlükəsi sovuşub, asteroid Yerdən 300 min kilometr məsafədən keçib

Təhlükəli asteroidin Yerlə toqquşma təhlükəsi sovuşub, asteroid Yerdən 300 min kilometr məsafədən keçib
# 09 noyabr 2011 09:08 (UTC +04:00)
Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru Əyyub Quliyev bildirib. Onun sözlərinə görə, diametri 400 metr olan asteroid Yerə çox yaxınlaşacağına görə təhlükəli hesab olunurdu: “Asteroid Yerdən 300 min kilometr məsafədən keçib. Bununla da, toqquşma təhlükəsi sovuşub. Ümumiyyətlə, 1200-ə yaxın asteroid Yer üçün təhlükəli hesab olunur. Onların orbitləri, trayektoriyaları dəqiq hesablanır. 2005 YU 55 nömrəli asteroid 2005-ci ildə tapılıb. O vaxtdan da onun hərəkətləri daim nəzarət altındadır”.

Ə. Quliyev deyib ki, sözügedən asteroid öz orbitində 1,1 il ərzində hərəkət edir. Yerin oz orbitində hərəkəti 1 il çəkdiyindən asteroid Yerə 30-40 ildən bir yaxınlaşır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR