Bank Of Baku

Gürcüstanın səhiyyə naziri: “Çox şadam ki, Azərbaycan şirkətləri Gürcüstanda xəstəxana tikintisinə sərmayə qoyur”

Gürcüstanın səhiyyə naziri: “Çox şadam ki, Azərbaycan şirkətləri Gürcüstanda xəstəxana tikintisinə sərmayə qoyur”
# 09 noyabr 2011 15:22 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. “Gürcüstanda uşaq ölümü azalıb. Bu sahə ilə əlaqədar biz müəyyən tədbirlər həyata keçiririk. İki gün əvvəl ölkədə uşaq ölümü ilə bağlı müstəqil araşdırma apardıq. Bu mövzuda azərbaycanlıların kompakt yaşadığı bölgələrdə də informasiya xarakterli söhbətlər təşkil etdik. Nəticə göz qabağındadır. Hər gün doğum evlərinə müraciət edən hamilə qadınların sayı artır”. Bu sözləri APA-nın Gürcüstan müxbirinə açıqlamasında Gürcüstanın səhiyyə naziri Andria Uruşadze deyib. O bildirib ki, Gürcüstanda səhiyyə getdikcə inkişaf edir: “Səhiyyəni 10 il bundan əvvəlki səviyyə ilə müqayisə etdikdə görərik ki, indi hamilə qadınların 80%-i doğum evlərinə gəlirlər. Qadınların 95%-i isə xəstəxanalara müraciət edir, tibb işçilərinin gündəlik qayğısı ilə müayinədən keçirlər. Bu, xəstəlik və uşaq ölümü riskini azaldır. Biz sevinirik ki, qadınlar hamiləliyin ilkin dövründən başlayaraq həkimlərin nəzarəti altında olurlar. Biz həmişə etnik azlıqların doğum şəraitinin yaxşılaşdırılmasına çalışırıq. Tibb işçilərimiz etnik azlıqlara istədikləri informasiyanı çatdırırlar. Bizim məqsədimiz odur ki, dil baryeri səhiyyədə heç kimə mane olmasın. Biz çalışırıq ki, tibb müəssisələrimizə müraciət edən insanlar öz ana dillərində informasiya alsınlar. Fikirləşirəm ki, bu üsulla biz Gürcüstanda yaşayan etnik azlıqların, o cümlədən azərbaycanlıların tibb sahəsində qarşıya çıxan problemlərini həll edəcəyik”.

Gürcüstanın səhiyyə naziri Azərbaycan şirkətlərinin bu ölkədə xəstəxanalar tikdiyini də söyləyib: “Bizim ölkədə səhiyyə infrastrukturu getdikcə genişlənir, yeni hospitallar tikilir. İndiyədək 150-yə qədər xəstəxana tikilib və onlardan bir çoxu artıq istifadəyə verilib. Mən çox şadam ki, Azərbaycan şirkətləri Gürcüstanda xəstəxana tikintisinə investisiya qoyurlar. Hazırda Azərbaycan şirkəti Tiflisdə bir xəstəxana inşa edir. Bu, hər iki ölkə arasında olan əlaqələri daha da möhkəmlədir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR