Bank Of Baku

Bakıda "Smayl" adlı sərgi keçiriləcək

Bakıda "Smayl" adlı sərgi keçiriləcək
# 10 noyabr 2011 08:01 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Noyabrın 15-də “Kappelhaus” Mədəniyyət mərkəzində "Smayl" adlı sərginin açılışı keçiriləcək. APA məlumatına görə, “Smayl” xeyriyyə layihəsi Almaniyanın Azərbaycandakı səfirliyi və Polşanın ölkəmizdəki səfirliyi, eyni zamanda Azərbaycan Birgə Yardım (UAFA) təşkilatı tərəfindən təşkil olunub.

Sərgidə Azərbaycanda, Almaniyada, Polşada və bütün dünyada məşhur insanların "smaylinq” rəsmləri və avtoqrafları nümayiş olunacaq.

Bundan başqa qonaqlara xeyriyyə lotereyasında iştirak etmək imkanı yaradılacaq.

Sərginin açılışında "Smayl" adlı layihənin təşəbbüskarı, Qdansk (Polşa) şəhərində yerləşən Mədəniyyət Təşviqi Ofisinin nümayəndəsi cənab Marek Vysoczynski də iştirak edəcək. O həmçinin, UAFA-nın reabilitasiya mərkəzləri və Bakıda və Bakının ətrafında yerləşən uşaq müəssisələrinin əlil uşaqları ucun bir sıra seminarlar təşkil edəcək. Layihənin təşəbbüskarları bu unikal təşəbbüslə əlil uşaqların sosial inteqrasiyasına töhfə vermək niyyətindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR