Bank Of Baku

Əslən Zaqataladan olan Rusiya Elmlər Akademiyasının üzvü, tanınmış arxeoloq Rauf Munçayev Vətəninə gəlib

Əslən Zaqataladan olan Rusiya Elmlər Akademiyasının üzvü, tanınmış arxeoloq Rauf Munçayev Vətəninə gəlib
# 10 noyabr 2011 08:33 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov-APA. Dünya şöhrətli arxeoloq, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Rauf Maqomedoviç Munçayev və Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Teymur Bünyadov Zaqatalada səfərdə olublar. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, qonaqlar Zaqatala Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən qəbul edilib və onlara qiymətli hədiyyələr təqdim olunub. Daha sonra qonaqlar rayon ziyalıları ilə görüşüblər.

Qeyd edək ki, akademik Rauf Maqomedoviç Munçayev 1928-ci ildə Zaqatala şəhərində anadan olub. Rayona səfəri çərçivəsində o, ata yurdunu və Car qəbiristanlığında dəfn edilmiş atasının məzarını ziyarət edib.

R. Munçayev 250-dən çox fundamental elmi əsərin müəllifidir. O, Bolqarıstanda, Əfqanıstanda, Suriyada aparılan arxeoloji ekspedisiyaların iştirakçısı olub. Bundan başqa R. Munçayev 1969-84-cü illərdə İraqda, 1988-ci ildə Suriyada SSRİ Elmlər Akademiyasının Arxeologiya İnstitutunun apardığı ekspedisiyalara bilavasitə rəhbərlik edib. R. Munçayev Almaniya Arxeologiya İnstitutunun, İtaliya, Afrika və Şərq institutunun müxbir üzvü, Rusiya Federasiyasının əməkdar elm xadimidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR