Bank Of Baku

Azərbaycanın sterilizasiya qurğusu alması ilə bağlı müqavilə dekabrın 20-dək bağlanacaq

Azərbaycanın sterilizasiya qurğusu alması ilə bağlı müqavilə dekabrın 20-dək bağlanacaq
# 10 noyabr 2011 09:43 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycanın sterilizasiya qurğusu alması ilə bağlı dekabrın 20-dək müqavilə bağlanacaq. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov bildirib. Onun sözlərinə görə, sterlizasiya qurğusunun alınması üçün elan edilən tenderin qalibinin daha çox Macarıstan şirkəti olması ehtimal edilir: “Mənə elə gəlir ki, bu, Macarıstan şirkəti olacaq. Çünki tenderdə iştirak edən 6 ölkənin şirkətindən daha çox bal toplayan bu şirkətdir. Amma son nəticəni müqavilə bağlananda biləcəyik. Müxtəlif məsələlərlə bağlı Azərbaycanın sualları vardı. Görək həmin şirkət bizim sualları necə cavablandıracaq”.

A. Qəribov deyib ki, Azərbaycanda sterilizasiya qurğusunun yaradılması məqsədilə bu il üçün nəzərdə tutulan işlərin hamısı yerinə yetirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR