Bank Of Baku

Fuad Muradov: “Konstitusiya imtahanının “Dövlət gənclər proqramı”na salınmasına çalışırıq”

Fuad Muradov: “Konstitusiya imtahanının “Dövlət gənclər proqramı”na salınmasına çalışırıq”
# 10 noyabr 2011 10:34 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “Azərbaycanda Konstitusiya imtahanı keçiriləcək. Artıq bunun texniki tərəfləri istiqamətində işlər gedir”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Gənclər Təşkilatları Milli Şurasının sədri, Milli Məclisin deputatı Fuad Muradov verib. O deyib ki, bir çox Avropa ölkələrində bu təcrübə mövcuddur: “Şagirdlər, tələbələr, hətta siyasətçilər arasında da Konstitusiya imtahanı keçirilir. Bu da Konstitusiyanın təbliği ilə nəticələnir. Düşünürəm ki, Konstitusiya imtahanının keçirilməsi qanunvericiliyimizin təbliği istiqamətində vacib məsələlərdən biridir”.

F. Muradov qeyd edib ki, Konstitusiya imtahanı Avropada məşhur layihədir: “Bu yaxınlarda biz həmin mütəxəssisləri Azərbaycana çağırdıq və Gənclər və İdman Nazirliyi ilə birgə imtahanın keçirilməsi ilə bağlı tələbləri dinlədik. Bu layihənin “Dövlət gənclər proqramı”na salınmasına çalışmışıq. Artıq hazırlıq mərhələsi başlayıb. Yəqin ki, gələn ildən bu layihəyə start veriləcək”.

MM-in deputatı bildirib ki, layihəyə təkcə gənclərin deyil, bütün yaş qruplarından olan insanların cəlb olunmasına çalışacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR