Bank Of Baku

Adil Qəribov: “Ermənistan nüvə ölkəsi imicini itirmək istəmədiyindən “Metsamor” AES-in fəaliyyətini heç vaxt dayandırmayacaq”

Adil Qəribov: “Ermənistan nüvə ölkəsi imicini itirmək istəmədiyindən “Metsamor” AES-in fəaliyyətini heç vaxt dayandırmayacaq”
# 10 noyabr 2011 10:57 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Azərbaycan Ermənistana onların istehlak etdikləri enerjidən ikiqat artıq enerji versə belə, İrəvan “Metsamor” Atom Elektrik Stansiyasının fəaliyyətini heç vaxt dayandırmayacaq. Çünki bu stansiya Ermənistan üçün strateji obyektdir, xüsusi imic deməkdir. Ermənistan nüvə ölkəsidir, Rusiyanın əli ilə Zaqafqaziyada ilk nüvə ölkəsi olub”. Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov deyib.

Onun sözlərinə görə, Ermənistanda alternativ enerji mənbələri tapılarsa, “Mersamor” AES-in fəaliyyətinin dayandırılacağı barədə bəyanatlar siyasi oyundan başqa bir şey deyil: “Ermənistan heç vaxt bunu etməyəcək. Ermənistan nüvə ölkəsi imicini itirmək istəmir. Mən ondan çəkinirəm ki, Ermənistan 10-15 ildən sonra Rusiyanın dəstəyi ilə nüvə silahına malik ölkələr sırasına düşə bilər”.

A. Qəribov deyib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) bu il “Metsamor” AES-də təhlükəsizlik qaydalarına riayət olunması ilə bağlı növbəti ekspertiza aparıb. Hazırda AES işləmir, illik profilaktik təmirdədir: “Region dövlətləri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə müraciət edib ki, bu stansiya qocadır, ötən əsrin 80-ci illərində istifadəyə verilib, artıq 30 il keçib. Zona isə seysmikdir, Fukusima hadisəsi burda da baş verə bilər. Ermənistanın isə iqtisadi imkanı yoxdur ki, Yaponiyanın istifadə etdiyi qoruma texnologiyalarından istifadə etsin. Qonşu dövlətlərin haqlı qorxusu bundandır. Biz Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə bununla bağlı xəbərdarlıq etmişik. Dünyada işləyən reaktorların 40 faizindən çoxu bu vəziyyətdədir. Elə Fukusimada da qəza 70-ci illərdə tikilən birinci və üçüncü reaktorda baş verdi. Bizim narahatlığımızın əsası var. Heç bir dövlətin digər suveren dövlətin atom enerjisindən istifadə hüququna qarışmaq ixtiyarı yoxdur. Amma kritik və ekstremal hallarda bu reaktorun davamlılığı şübhə doğurur. Region ölkələrini narahat edən də budur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR