Bank Of Baku

Azərbaycan çaylarında sululuq artıb

Azərbaycan çaylarında sululuq artıb
# 10 noyabr 2011 13:50 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Noyabrın 6 və 7-də yağan intensiv yağıntılar nəticəsində Böyük Qafqazın, xüsusən də Lənkəran - Astara bölgəsinin çaylarında sululuğun artımı müşahidə olunub. APA-nın xəbərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin ölkənin çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətlə bağlı məlumatında bildirilir ki, noyabrın 7-də Lənkərançayda suyun səviyyəsi 77 santimetr artıb. Hazırda Lənkəran-Astara bölgəsi çaylarında sululuq ongünlük normanın 100-210, Böyük Qafqaz çaylarında 80-165, Kiçik Qafqaz çaylarında 105-130, Naxçıvan MR çaylarında isə 90-100 faizini təşkil edir.

Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 200 kubmetr/saniyə, yəni ongünlük normanın 107 faizini təşkil edir. Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 136 kubmetr/saniyə, yəni ongünlük normanın 161 faizini təşkil edir.

Kür çayının aşağı axınında, Surra məntəqəsində suyun səviyyəsi 564, Şirvanda, Salyanda 452, Bankədə 305, Araz çayının Novruzlu məntəqəsində isə 300 santimetr təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR