Bank Of Baku

FHN-in Cənub Regional Mərkəzi məktəblərdə maarifləndirici tədbir keçirib - FOTO

FHN-in Cənub Regional Mərkəzi məktəblərdə maarifləndirici tədbir keçirib - <font color=red>FOTO</font>
# 10 noyabr 2011 14:00 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi (CRM) Lənkəran rayonunun Şilavar, Digah, Rvo və Şovu kənd orta məktəblərində “Fövqəladə hallarda özünü necə aparmalı” və “Yanğın təhlükəsizliyi vərdişlərinə hamı əməl etməlidir" mövzusunda maarifləndirici tədbirlər keçirib. APA-nın cənub bürosunun məlumatına görə, təbliğat xarakterli tədbirlərdə Lənkəran şəhər təhsil şöbəsinin nümayəndələri, CRM-nin əməkdaşları, şagirdlər, valideyinlər, texniki işçi heyəti və müəllim kollektivləri iştirak ediblər.
Mərkəzin Operativ reaksiyavermə və əməliyyat planlaşıdırma idarəsinin zabiti Elvin Əzimovun “Meşədə olarkən təhlükəsizlik tədbirləri”, Mülki müdafiə işinin təşkili şöbəsinin baş zabiti Rövşən Rzayevin “Respublika ərazisində ehtimal olunan təbii fəlakətlərdən mühafizə üsulları”, Xüsusi xilasetmə hissəsinin həkimi Murad Zərbiyevin "Fövqəladə halların nəticələrinin aradan qaldırılmasında tibbi xidmətin rolu", Ərazi material ehtiyatları və maddi-texniki təchizat sektorunun baş məsləhətçisi Ramin Rzayevin "Məktəb laboratoriyalarında yanğın təhlükəsizliyi tədbirləri", Operativ məlumat şöbəsinin dispeçeri Cavid Ağayevin "Hansı hallarda 112 qaynar xətlə əlaqə saxlamaq lazımdır?" və Mərkəzin Ərazi orqanlarla iş şöbəsinin baş məsləhətçisi Zaur Hüseynovun “Binanın qəfil uçması zamanı təhlükəsiz davranış qaydaları” mövzusunda məruzələri maraqla qarşılanıb.
Tədbir zamanı iştirakçılara fövqəladə hallar zamanı təhlükəsizlik tədbirləri, fövqəladə hallar zamanı ilkin tibbi yardımın hadisə yerində göstərilməsinin vacibliyi, məktəb laboratoriyalarında yanğın və texniki təhlükəsizlik qaydalarına ciddi riayət olunması, eləcə də 2011-ci il ərzində regionda elektrik naqillərinin normadan artıq yüklənməsi, standartlara uyğun olmayan qaz və elektrik cihazlarından istifadə etmə, uşaqların odla oynaması, xüsusilə azyaşlı uşaqların böyüklər tərəfindən nəzarətsiz qoyulma halları nəticəsində baş verən yanğın hadisələri və onların fəsadları barədə ətraflı məlumat verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR