Bank Of Baku

Göyçayda əqli cəhətdən zəif və sağlam uşaqların iştirakı ilə yarışlar keçirilib

Göyçayda əqli cəhətdən zəif və sağlam uşaqların iştirakı ilə yarışlar keçirilib
# 10 noyabr 2011 14:21 (UTC +04:00)
Göyçay. Elvin Yaqubov - APA. Göyçay Olimpiya İdman Kompleksində əqli cəhətdən zəif və sağlam uşaqların birgə iştirakı ilə voleybol və futbol yarışı keçirilib. APA-nın məlumatına görə, UNICEF-in maliyyə dəstəyi, Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı keçirilən yarışda 112 uşaq və yeniyetmə iştirak edib. Qaliblərə mükafatlar verilib.
Yarışda Xüsusi Olimpiya Komitəsinin prezidenti Şahin Əliyev, UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Hervard, rayon İcra Hakimiyyəti başçısının müavini Ramiz İbrahimov çıxış edib. Ölkədə əqli cəhətdən qüsurlu uşaqların cəmiyyətə inteqrasiyası, onların təlim-tərbiyəsi, təhsilə və idmana cəlb edilməsi, sağlam uşaqlarla eyni həyat tərzi keçirməsi üçün Xüsusi Olimpiya Komitəsinin Göyçay şöbəsinin yaradılması barədə qərarın qəbul edildiyi bildirilib. Rayonda əqli cəhətdən qüsurlu uşaqlar üçün futbol və voleybol üzrə bölmələr yaradılıb. Göyçay şəhər internat məktəbində təlim-tərbiyə olunan və təhsil alan 135 əqli cəhətdən qüsurlu uşağın həmin idman növləri üzrə məşqlərə cəlb edilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR