Bank Of Baku

Tiflisdə "Qafqazda iqlim dəyişikliklərinə uyğunlaşma - çağırış və imkanlar" mövzusunda beynəlxalq konfrans başlayıb - FOTO

Tiflisdə "Qafqazda iqlim dəyişikliklərinə uyğunlaşma - çağırış və imkanlar" mövzusunda beynəlxalq konfrans başlayıb - <font color=red>FOTO</font>
# 10 noyabr 2011 15:13 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstan paytaxtında Avropa Birliyinin dəstəyi, Qafqaz Regional Ətraf Mühit Mərkəzinin təşkilatçılığı və Lixtenşteyn knyazlığının maliyyəsi ilə “Qafqazda iqlim dəyişikliklərinə uyğunlaşma - çağırış və imkanlar” mövzusunda 7-ci beynəlxalq konfrans başlayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri Gürcüstan ətraf mühitin mühafizəsi naziri Qoqa Xaçidze açıb.

Konfransda Avropa Birliyinin Gürcüstandakı nümayəndə heyətinin rəhbər müavini Boris Yaroşeviç, Lixtenşteyn knyazlığının Meşələr, Təbiət və Landşaftlar İdarəsinin baş direktoru Feliks Neşer, Milli iqlim dəyişmələri çərçivəsinin Azərbaycan üzrə əlaqələndiricisi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Umayra Tağıyeva və digər iştirakçılar çıxış ediblər.

Konfransda iqlim dəyişikliklərinə aid problemlərin müzakirəsi, məqsədli qruplar arasında təcrübə mübadiləsi və bu sahədə bilik səviyyəsinin artırılması məsələləri müzakirə olunacaq. Sonda regional əməkdaşlıq və iqlim dəyişikliklərini yumşaltmaq barədə tövsiyələr veriləcək.



.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR