Bank Of Baku

Nizami Cəfərov: “Türkiyə türkcəsi ortaq dil kimi istifadə olunmalıdır”

Nizami Cəfərov: “Türkiyə türkcəsi ortaq dil kimi istifadə olunmalıdır”
# 10 noyabr 2011 15:20 (UTC +04:00)
Bakı. Azər Mustafayev – APA. “Müasir Azərbaycan” İctimai Birliyi və Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası “Türk dünyasının mədəni inteqrasiyası: Ortaq türk əlifbası və ortaq türk ədəbi dili” mövzusunda konfrans keçirib. APA-nın məlumatına görə, tədbirdə türk xalqları arasında adət-ənənələrin və hər bir xalqın milli ədəbi dilinin qorunub saxlanılması şərtilə ortaq ünsiyyət vasitəsinin yaradılması ideyası müzakirə olunub.

Millət vəkili Nizami Cəfərov deyib ki, bu məsələ uzun illərdir müzakirə olunur: “Nəticə olaraq demək lazımdır ki, ən çox inkişaf etmiş türk dillərindən biri, daha doğrusu, Türkiyə türkcəsi ortaq dil kimi işlənilməlidir. Çünki dünyanın əksər ölkələrində türk liseyləri, türk mədəniyyət qurumları, televiziyaları fəaliyyət göstərir. Türkiyə türkcəsində 100 milyondan çox insan danışır”.

Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç bildirib ki, türk dünyası öz arasında hansısa xarici dildə yox, məhz ulu babalarımızın danışdığı kimi, ortaq bir dildə danışmalıdır: “Biz bu prosesin 2014-cü ildən reallaşacağını nəzərdə tutmuşuq”.

Millət vəkili Fazil Mustafa ortaq türk əlifbası və ortaq ədəbi dil ideyasının artıq gecikmiş bir məsələ olduğunu söyləyib: “Bu məsələni təbii axara buraxmaq lazımdır, çünki zamana ehtiyac var”.

Tədbirdə Qazaxıstan Türk Akademiyasının nümayəndəsi Nadiya Kayınatqızı, dilçi alim Tofiq Hacıyev, Əhməd Qəşəmoğlu və başqaları bu mövzuda çıxışlar edib, öz təkliflərini irəli sürüblər.

Sonda tədbir iştirakçılarının türk dünyasının müvafiq qurumlarına, dövlət başçılarına müraciəti səsləndirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR