Bank Of Baku

Elmin İnkişafı Fondu gənc alim və mütəxəssislərin ilk qrant müsabiqəsini elan edib – FOTO

Elmin İnkişafı Fondu gənc alim və mütəxəssislərin ilk qrant müsabiqəsini elan edib – <font color=red>FOTO</font>
# 10 noyabr 2011 15:22 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu 10 noyabr - Ümumdünya Elm Günü münasibətilə elmi-tədqiqat proqramlarının, layihələrinin və digər elmi tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə Gənc alim və mütəxəssislərin ilk müsabiqəsinin keçirilməsi haqqında elan verib. Fondun icraçı direksiyasından APA-ya verilən məlumata görə, müsabiqənin keçirilməsində məqsəd Azərbaycanda təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli elmi-tədqiqat proqram və layihələrini və digər elmi tədbirləri dəstəkləmək, aktual və müasir elmi problemlərin həlli ilə məşğul olan gənc alimlərin, bir elmi mövzu ətrafında müvəqqəti yaradılmış gənc alimlərin yaradıcı kollektivlərinin, akademik və təhsil sistemlərində fəaliyyət göstərən elmi və digər qurumlarda çalışan gənc alim və mütəxəssislərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara əlavə yaradıcılıq imkanı yaratmaqdır.
Müsabiqə fizika-riyaziyyat və texnika elmləri, Yer haqqında elmlər, biologiya, tibb və aqrar elmləri, kimya elmləri, humanitar və ictimai elmlər sahələrini əhatə etməklə fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli, həmçinin xüsusi layihələrin müxtəlif həcmli qrantlar vasitəsilə maliyyələşdirilməsini nəzərdə tutur. 2011-ci il üçün gənc alim və mütəxəssislərin qrant müsabiqəsinin maliyyələşdirilməsinin həcmi 600000 manatdır. Müsabiqədə 35 yaşa qədər olan gənc alim və mütəxəssislər iştirak edə bilərlər. Müsabiqənin nəticələrinin 2 fevral - Gənclər günündə açıqlanması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR