Ombudsman MST-lərə və Qazax Rayonlararası Ruhi Xəstəxanasına baxış keçirib
Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, baxış zamanı saxlanılan şəxslərlə təkbətək söhbət aparılıb, onlara hüquqları izah olunub, saxlanılmanın qanuniliyini təsdiq edən sənədlər yoxlanılıb.
Habelə saxlanma şəraitinin müvafiq normalara uyğunluğu, həmin şəxslərin vəkillə təmin olunması, hər hansı kobud rəftara məruz qalıb-qalmaması, tibbi yardımın göstərilməsi, saxlanma şəraiti ilə əlaqədar kameraların normal işıqlanma və ventilyasiyası, ibadət otağının olması, gündəlik isti yeməyin verilməsi, gigiyena tələblərinə riayət edilməsi vəziyyəti yoxlanılıb. Söhbət aparılmış şəxslər saxlanma şəraitindən, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı rəftardan narazılıq bildirməyiblər.
Baxış zamanı həmin MST-lərin şəraitinin standartlara uyğun olduğu müəyyən edilib. Ombudsman baxış keçirilmiş müəssisələrin rəhbərliyinə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verib.
Bundan başqa, Ombudsman MPM qrupunun üzvləri ilə birgə Qazax Rayonlararası Ruhi Xəstəxanasına başçəkmə həyata keçirib. Ombudsman bu müəssisədəki inzibati otaqlara, müalicə və müayinə otaqlarına, palatalara, xəstələrin qaldığı otaqlara baxmış, burada saxlanılan və müalicə olunanların vəziyyəti ilə tanış olub. O, xəstələrlə görüşüb, saxlanma şəraitini, müayinə və müalicə prosesini öyrənib. Söhbət zamanı xəstələrlə rəftar, onların qidalanması, ərzaq məhsulları və dərman preparatları ilə təmini vəziyyəti də araşdırılıb. Müxtəlif məzmunlu məsələlərlə bağlı müraciət etmək istəyən xəstələr dinlənilib, onların problemləri öyrənilib.
Ombudsman bu müəssisələrdə xəstələrə gündəlik qidalanma və dava-dərman üçün ayrılan vəsaitlə maraqlanıb. Qazax Rayonlararası Ruhi Xəstəxanasının baş həkimi müəssisədə 100 nəfərlik çarpayı olduğunu, hazırda burada 70 xəstənin müalicə edildiyini qeyd edərək xəstəxananın fəaliyyəti barədə məlumat verib.
Monitorinq zamanı xəstəxana binasının əsaslı təmirə ehtiyacı olduğu, dərman çatışmazlığının olmadığı, eyni zamanda yataq dəstlərinin köhnəliyi müəyyən edilib. Ombudsman müəssisədəki problemləri diqqətdə saxlayacağını və bunların həlli ilə bağlı müvafiq dövlət orqanlarına müraciət edəcəyini bildirib.
Sosial
Rəşad Mahmudov: Dövlət xəstəxanaları dərman satın alınmasında problemlə üzləşir
Sığorta ödənişinin məbləğinin yuxarı həddi müəyyən edilir
Könüllülərə, təcrübə keçən tələbə və şagirdlərə münasibətdə sığorta haqqı ödənilməsi mexanizmi olacaq
Sığorta ödənişləri peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinə uyğun ödəniləcək
Xəbər Lenti
Mark Rutte: Transatlantik hərbi-sənaye inqilabının ərəfəsindəyik
NATO Baş katibi: Bu gün on milyardlarla dollarlıq kontraktlar imzalanıb
Azərbaycan-ABŞ iqtisadi əməkdaşlığı müzakirə olunub
Putinin sözçüsü: Ankarada keçirilən NATO sammiti Kremldə böyük maraq doğurur
Yaşar Gülər: NATO-nun müdafiə xərclərini ÜDM-in 5 faizi səviyyəsinə çatdırmaq öhdəliyi böyük əhəmiyyət daşıyır
Peskov: Ukrayna sülh yolu ilə nizamlanmaya hazır olmadığı müddətdə Rusiya hərbi əməliyyatı davam etdirəcək
Enerji Effektivliyi İnformasiya Sistemi Enerji Effektivliyi Fondunun vəsaiti hesabına maliyyələşdiriləcək
Ukrayna Rusiyanın hərbi sənaye obyektlərinə və Krımdakı dəmir yolu körpülərinə zərbələr endirib
Rəşad Mahmudov: Dövlət xəstəxanaları dərman satın alınmasında problemlə üzləşir
Səudiyyə Ərəbistanı bayrağı altında üzən neft tankeri Hörmüz boğazı yaxınlığında zədələnib
BTQ Kanaki-Yeni Kaledoniyada keçirilmiş əyalət seçkilərinin nəticələrinə həsr olunmuş görüş təşkil edib
Milli Məclisin növbəti iclasının tarixi açıqlanıb
Sığorta ödənişinin məbləğinin yuxarı həddi müəyyən edilir
Könüllülərə, təcrübə keçən tələbə və şagirdlərə münasibətdə sığorta haqqı ödənilməsi mexanizmi olacaq
Sığorta ödənişləri peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinə uyğun ödəniləcək
MN-in baş direktoru və bir qrup hərbçi təltif edilib
Çində torpaq sürüşməsi nəticəsində 5 nəfər ölüb, 12 nəfər itkin düşüb
Qeyri-qida istehlak mallarıyla əlaqədar idxal nəzarət mexanizmi yaradılır
Azərbaycan vətəndaşının Tbilisidə qətli ilə bağlı ittiham irəli sürülüb
Neft-qaz sahəsində fəaliyyəti olmayan özəl sektor üçün yeni güzəşt müəyyənləşir
Rəqəmsal tədqiqatın aparılması qaydası olacaq
Kompüter insidentlərinə qarşı mübarizə mərkəzlərinin vəzifələri və hüquqları müəyyən edilir
İnformasiyalaşdırma sahəsində dövlət siyasətinin əsas istiqamətləri genişlənir
Ukrayna Azov dənizində Rusiyaya məxsus 8 tankeri vurub - VİDEO
Təhsilin rəqəmsal gələcəyi: Süni intellekt öyrənmə modelini necə dəyişəcək? – TƏHLİL
Bakıda narkokuryerlikdə şübhəli bilinən 4 nəfərdən 70 kq narkotik götürülüb - VİDEO
Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb, açarlar təqdim olunub- YENİLƏNİB-1 - FOTO
Dəməşqdə Makronun qaldığı hotelin yaxınlığında partlayış olub, 18 nəfər yaralanıb - YENİLƏNİB-2 - PARTLAYIŞ ANI
Bakı-Tbilisi-Bakı qatarlarına əlavə 3 vaqon qoşulacaq, bu vaqonlar üçün biletlər daha ucuzdur
Sabahın hava proqnozu açıqlanıb
ƏSF Türkiyə Fondunun satışa çıxarılan aktivlərini saytında təqdim edəcək
Gömrük rüsumlarından azad edilən malların əhatə dairəsi genişlənir
Qanunvericiliyə “frilanser” anlayışı daxil edilir
İT mütəxəssisləri üçün sosial sığorta haqqı üçün yeni dərəcələr müəyyənləşir
Vençur kapitalı fondlarının fəaliyyətinə dair tələblər və vergi güzəşti olacaq
Rəqəmsal səyyahlara güzəştlər olacaq
Qeyri-rezidentlər üçün yeni güzəşt tətbiq ediləcək
Kraudfandinq haqqında qanunvericiliyin pozulmasına görə cərimələr tətbiq olunacaq
“Startap” şəhadətnaməsi almış vergi ödəyicilərinə güzəştlər şamil olunacaq
Kraudfandinq platforması ilə əlaqədar dövlət rüsumu müəyyənləşir
Xaricə köçürmələrlə əlaqədar tələb olunan təsdiqedici sənədlərin təqdim edilməməsinə görə cərimələr müəyyənləşir
“Kraudfandinq haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib
Hörmüz boğazında Qətərə məxsus qaz tankerinə hücum edilib
Bakıda marketdən 5 min manatlıq oğurluq edilib
Krımın doqquz şəhəri və üç rayonu susuz qalıb
Mərdəkanda dənizdə nəzarətsiz ərazidə 16 yaşlı oğlan batıb
NATO 11 ölkənin birlikdə yeni AWACS təyyarələri alacağını açıqlayıb
Monakoda biznesmen Yermolayevə sui-qəsddə şübhəli bilinən qadının meyiti Kiyev yaxınlığında tapılıb
Culfada avtomobil piyadanı vuraraq öldürüb