Bank Of Baku

AMEA-da doktoranturaya keçirilən qəbul imtahanları gələn həftə yekunlaşacaq

AMEA-da doktoranturaya keçirilən qəbul imtahanları gələn həftə yekunlaşacaq
# 11 noyabr 2011 09:36 (UTC +04:00)
Bu barədə APA-ya AMEA-nın I vitse-prezidenti Arif Həşimov bildirib. Onun sözlərinə görə, AMEA strukturuna daxil olmayan təşkilatlar da doktoranturaya qəbul imtahanlarını bu ayın sonuna qədər yekunlaşdıracaqlar. Doktoranturaya qəbul imtahanlarının nəticələri əvvəlcə institutların Elmi şuralarında, daha sonra AMEA-nın bölmələrinin büro iclaslarında təsdiqlənəcək. Doktoranturaya daxil olan şəxslərin son siyahısını isə AMEA Rəyasət Heyəti təsdiqləyəcək. Rəyasət Heyətinin iclasında doktorantların elmi mövzuları və rəhbərləri də təsdiq ediləcək. Doktoranturada təhsil gələn ilin əvvəlindən başlayacaq.

A. Həşimovun sözlərinə görə, bu il doktoranturaya qəbul zamanı əsas müsabiqə vəziyyəti Tarix, İqtisadiyyat, Ədəbiyyat və Dilçilik institutları üzrə olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR