Bank Of Baku

Azərbaycanda folklor fondu, muzeyi və kitabxanası yaradılacaq

Azərbaycanda folklor fondu, muzeyi və kitabxanası yaradılacaq
# 11 noyabr 2011 11:16 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanda folklor fondu, muzeyi və kitabxanası yaradılacaq. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun direktoru Muxtar İmanov bildirib. Onun sözlərinə görə, Azərbaycanın çox zəngin folklor nümunələrini lazımi şəkildə saxlama və qorumaq üçün folklor fondunun yaradılması zəruridir: “Artıq bu məsələ ilə bağlı Akademiyanın Rəyasət Heyətinə müraciət eləmişik. Ümid edirəm ki, məsələ müsbət həllini tapacaq. Azərbaycanın bölgələrindən zəngin folklor nümunələri toplanıb, amma onları saxlamaq üçün heç bir şəraitimiz yoxdur. Hazırda Folklor İnstitutunun arxivi cəmi 15 kvadratmetrlik balaca bir yerdə yerləşir”.

M. İmanov deyib ki, folklor fondu yaradılandan sonra Azərbaycandakı folklor nümunələrinin elektron bazası da hazırlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR