Bank Of Baku

Azay Quliyev: “Azərbaycanda QHT sektorunun bu il üçün qrant büdcəsi 30 milyon manat olub”

Azay Quliyev: “Azərbaycanda QHT sektorunun bu il üçün qrant büdcəsi 30 milyon manat olub”
# 11 noyabr 2011 11:20 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Azərbaycanda qeyri-hökumət təşkilatları sektorunun bu il üçün qrant büdcəsi 30 milyon manat olub”. APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev BMT-nin İqtisadi-Sosial Şurasının (ECOSOC) QHT-lər üzrə bölməsinin rəhbəri Andrey Abramovla görüşündə deyib. Azay Quliyev qeyd edib ki, bu statistika Azərbaycanın dövlət qurumlarını tərəfindən şuraya təqdim olunub: “Həmin 30 milyon manatın 2 milyon manatı QHT-lərə Dövlət Dəstəyi Şurası, qalan hissəsi isə digər donor təşkilatlar tərəfindən ayrılıb”.

A.Quliyev Azərbaycan QHT-lərinin beynəlxalq donor qurumları ilə əməkdaşlıqdan çəkinmədiyini də qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR