Bank Of Baku

BMT-nin İqtisadi-Sosial Şurasının QHT-lər üzrə bölməsinin rəhbəri: “Azərbaycanda QHT sektorunun inkişafına yönələn addımların davamlı olmasına ümid edirəm”

BMT-nin İqtisadi-Sosial Şurasının QHT-lər üzrə bölməsinin rəhbəri: “Azərbaycanda QHT sektorunun inkişafına yönələn addımların davamlı olmasına ümid edirəm”
# 11 noyabr 2011 11:39 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Azərbaycanda qeyri-hökumət təşkilatlarının inkişafına yönələn addımların davamlı olmasına ümid edirəm”.

APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə BMT-nin İqtisadi-Sosial Şurasının (ECOSOC) QHT-lər üzrə bölməsinin rəhbəri Andrey Abramov verib. A. Abramov qeyd edib ki, vətəndaş cəmiyyətinin inkişafı bilavasitə cəmiyyətin inkişafı deməkdir. Bu səbəbdən də dövlətlər vətəndaş cəmiyyətinin inkişafına xüsusi diqqət yetirməlidir: “Əgər vətəndaş cəmiyyəti inkişaf edərsə, dövlətin və millətin inkişafına da yardım olar”.

A. Abramov Azərbaycanda Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılmasını hökumət-QHT münasibətlərinin inkişafı kimi də xarakterizə edib: “Ümid edirəm ki, bu qurumun yaradılması QHT-lərin inkişafına müsbət təsir göstərəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR