Bank Of Baku

Yevlaxda «İstehlakçı hüquqlarının qorunması: reallıqlar, perspektivlər» mövzusunda konfrans keçirilib

Yevlaxda «İstehlakçı hüquqlarının qorunması: reallıqlar, perspektivlər» mövzusunda konfrans keçirilib
# 11 noyabr 2011 13:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Yevlaxda «İstehlakçı hüquqlarının qorunması: reallıqlar, perspektivlər» mövzusunda konfrans keçirib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə çıxış edən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Vidadi Quliyev hazırda ölkə iqtisadiyyatında davamlı inkişafın təmin olunduğunu və əhalinin sosial rifahının daha da yaxşılaşdığını bildirib və qeyd edib ki, iqtisadiyyatın bütün sahələrində müşahidə olunan inkişaf meylləri öz növbəsində istehlakçıların hüquqlarının qorunması sahəsində səylərin artırılmasını, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsini, aidiyyəti dövlət orqanları, ictimai təşkilatlar, sahibkarlar və istehlakçılar arasında qarşılıqlı əlaqələrin və əməkdaşlığın genişləndirilməsini tələb edir.

«Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən 2011-ci ilin yanvar-oktyabr aylarında istehlak bazarında həyata keçirilən yoxlama-monitorinqlər zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 163,5 ton müxtəlif növ ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib. Həmin dövrdə inzibati xətaya yol vermiş sahibkarlıq subyektləri Dövlət Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 1,037 mln. manat cərimə edilib. Bundan başqa, istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiklərinə görə təsərrüfat subyektlərinə 234,8 min manat maliyyə sanksiyası tətbiq olunub», - deyə V.Quliyev bildirib.

V.Quliyev istehlak bazarının keyfiyyətsiz mal və xidmətlərdən qorunmasında inzibati tədbirlərlə yanaşı, maarifləndirmə tədbirlərinin xüsusi əhəmiyyətini vurğulayaraq qeyd edib ki, istehlakçılar öz hüquqlarını bilməli və onların fəal müdafiəçisi olmalı, sahibkarlar isə istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı vəzifələrinə əməl etməlidir: «Dövlət Xidməti tərəfindən bu ilin yanvar-oktyabr ayları ərzində istehlakçıların maarifləndirilməsi məqsədilə 13 adda 95 min ədəd buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair isə 4 adda 600 ədəd yaddaş kitabçası çap edilərək sahibkarlara və istehlakçılara paylanıb».

Konfransda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin nümayəndələri «İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr», «Hər bir istehlakçı öz hüquqlarını bilməlidir», «Ərzaq malları alarkən nələrə diqqət yetirməli?», «Mal (iş, xidmət) alarkən müqavilə bağlamağı unutmayın» mövzularında məruzələrlə çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR