Bank Of Baku

Azərbaycan digər türk cümhuriyyətləri ilə folklor materiallarının toplanılması sahəsində əməkdaşlıq edəcək

Azərbaycan digər türk cümhuriyyətləri ilə folklor materiallarının toplanılması sahəsində əməkdaşlıq edəcək
# 11 noyabr 2011 13:11 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan digər türk cümhuriyyətləri ilə folklor materiallarının toplanılması sahəsində əməkdaşlıq edəcək. Bunu APA-ya açıqlamasında
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun direktoru Muxtar İmanov bildirib. O qeyd edib ki, Folklor İnstitutunun strukturunda yeni dəyişiklik edilib. Dəyişikliyə əsasən, Folklor Laboratoriyasının əvəzində Folklorun toplanılması və sistemləşdirilməsi şöbəsi yaradılıb. İnstitut bölgələrdən folklor materiallarının toplanılması istiqamətində digər dövlətlərlə birgə əməkdaşlığa üstünlük verəcək: “Dünyanın əksər ölkələrində folklor materiallarının toplanılması sahəsində qüsurlar olur. Bəzən folklor materiallarına ideoloji baxımdan yanaşırlar, onların dil xüsusiyyətlərini təbiilikdən çıxarırlar. Türk cümhuriyyətlərinin folklorşünasları ilə əməkdaşlıq etmək istəyində məqsəd folklor nümunələrinin dünya standartlarına uyğun toplanmasını təmin etməkdir”.

Qeyd edək ki, dekabr ayının əvvəlində Şimali Kipr Türk Cümhuriyyətinin Qazimağusa şəhərində Folklor İnstitutunun və Doğu Akdeniz Universitetinin birgə təşkilatçılığı ilə “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” mövzusunda VII beynəlxalq folklor konfransı keçiriləcək. Gələn il isə folklor nümunələrinin toplanılması və sistemləşdirilməsinə həsr olunan növbəti konfransın Bakıda keçiriləcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR