Bank Of Baku

Mingəçevirdə “Fövqəladə hallardan mühafizə və yanğın təhlükəsizliyi qaydalarının təbliği” mövzusunda tədbir keçirilib

Mingəçevirdə “Fövqəladə hallardan mühafizə və yanğın təhlükəsizliyi qaydalarının təbliği” mövzusunda tədbir keçirilib
# 02 dekabr 2011 16:07 (UTC +04:00)
Mingəçevir. Elvin Yaqubov - APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional Mərkəzinin və Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə bu gün “Fövqəladə hallardan mühafizə və yanğın təhlükəsizliyi qaydalarının təbliği” mövzusunda tədbir keçirilib. Tədbirdə FHN-in Aran Regional Mərkəzinin rəis müavini Sadiq Bəkirli, şəhər mülki müdafiə qərargahının rəisi Rizvan Mikayıllı çıxış edib. Aran regional Dövlət Yanğına Nəzarət İdarəsinin, şəhər dövlət yanğından mühafizə hissəsinin məsul əməkdaşları yanğın hadisələrinin baş verməməsi üçün görülməsi vacib olan tədbirlər barədə idarə və təşkilatların işçilərinə, məktəb və bağca müəllimlərinə ətraflı məlumat verib, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl edilməsinin vacibliyini diqqətə çatdırıblar.
Qeyd olunub ki, hər hansı yanğın hadisəsi barədə dərhal 101 və 112 saylı telefonlara məlumat xidmətinə məlumat verilməlidir ki, yanğınsöndürənlər hadisə yerinə vaxtında çatmaqla baş verə biləcək ağır fəsadların qarşısını alsınlar. Bu işdə bütün idarə və təşkilat rəhbərləri vaxtaşırı olaraq öz kollektivlərində yanğın təhlükəsizliyi ilə bağlı söhbətlər aparmalı, bu sahədə nəzarəti gücləndirməlidirlər. FHN-in təşkilatçılığı ilə belə maarifləndirmə tədbirlərinin bütün orta məktəblərdə, idarə və təşkilatlarda da keçiriləcəyi bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR