Bank Of Baku

Ukrayna Azov dənizində Rusiyanın "kölgə donanması"na aid 12 gəmini vurub - VİDEO - YENİLƏNİB

Ukrayna Azov dənizində Rusiyanın "kölgə donanması"na aid 12 gəmini vurub - VİDEO  - YENİLƏNİB
# 07 iyul 2026 18:33 (UTC +04:00)

Ukrayna pilotsuz sistem qüvvələri Azov dənizində Rusiyanın "kölgə donanması"na aid daha iki tankeri vurub.

APA xəbər verir ki, bu barədə Ukrayna Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi “Telegram” kanalında məlumat paylaşıb.

Onun sözlərinə görə, gün ərzində ümumilikdə Rusiyanın 12 gəmisinə zərbə endirilib.

Brovdi həmçinin beş elektrik yarımstansiyasına və bir qazpaylayıcı stansiyaya zərbələrin endirildiyini açıqlayıb.

***

13:08

İyulun 7-nə keçən gecə Ukrayna ordusu Azov dənizində Rusiyanın "kölgə donanması"na məxsus 8 yanacaq tankeri, bir quru yük gəmisi və bir bərə aşkar edərək vurub.

APA xəbər verir ki, bu barədə Ukrayna Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi "Telegram" kanalında məlumat və zərbələrin video görüntüsünü paylaşıb.

Brovdi qeyd edib ki, vurulan bütün tankerlər beynəlxalq sanksiyalar altındadır və 2006–2012-ci illərdə inşa edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR