Bank Of Baku

Nazir: “Azərbaycanda 455 müəllimin saxta diplomla işlədiyi məlum olub, onların hamısı işdən çıxarılıb”

Nazir: “Azərbaycanda 455 müəllimin saxta diplomla işlədiyi məlum olub, onların hamısı işdən çıxarılıb”
# 03 dekabr 2011 08:02 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu bu gün Təhsil Nazirliyində keçirilən kollegiya iclasında nazir M. Mərdanov deyib.

Nazir bildirib ki, əsasən 1990-cı ildən bəri olan sənədlər araşdırılıb. Araşdırmalar nəticəsində saxta diplomla işləyən 455 nəfər müəyyən edilib, onların hamısı işdən çıxarılıb.

M. Mərdanov, həmçinin deyib ki, araşdırmalara əsasən 260 nəfərin lisenziyası olmayan müəssisələrin, 468 nəfərin leqallaşdırılmamış ali məktəblərin diplomları ilə işlədiyi aşkar edilib. Bu, əsasən qonşu ölkələrlə sərhəd olan rayonlara aiddir. Araşdırmalar özəl təhsil müəssisələrinin arayışı ilə 11 nəfərin, müxtəlif kursların vəsiqəsi ilə 54 nəfərin işlədiyini aşkarlayıb.

Nazir deyib ki, bu işlər davam etdiriləcək və saxta diplomla işə götürülmə faktları sona qədər araşdırılaraq, müvafiq tədbirlər görüləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR