Bank Of Baku

Azərbaycan paytaxtında orta məktəb direktorlarına yaş senzi gələn il yanvarın 1-dən tətbiq olunacaq

Azərbaycan paytaxtında orta məktəb direktorlarına yaş senzi gələn il yanvarın 1-dən tətbiq olunacaq
# 03 dekabr 2011 08:10 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Bakı şəhərinin orta məktəblərinin direktorlarına yaş senzi hələ tətbiq edilməyib. APA-nın məlumatına görə, bu barədə bu gün Təhsil Nazirliyində keçirilən kollegiya iclasında nazir M. Mərdanov bildirib.

Nazir deyib ki, Bakı məktəblərinin direktorlarına yaş senzi gələn ilin yanvarın 1-dən tətbiq olunacaq. Onun sözlərinə görə, yaş senzi indiyədək 295 məktəb direktoruna, 72 bağça müdirinə, 31 məktəbdənkənar təhsil müəssisəsinin direktoruna, ümumilikdə isə 10 106 müəllimə şamil edilib.

M. Mərdanov qeyd edib ki, öz yerində olan, işini bilən yüksək səviyyəli mütəxəssislər bu qərardan kənarda qalıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR