Bank Of Baku

“Məhkumlar üçün reinteqrasiya proqramına yardım” mövzusunda seminar keçirilib

“Məhkumlar üçün reinteqrasiya proqramına yardım” mövzusunda seminar keçirilib
# 03 dekabr 2011 08:11 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyinin Avropa Şurası ilə əməkdaşlıq proqramı çərçivəsində “Məhkumlar üçün reinteqrasiya proqramına yardım” mövzusunda iki günlük seminar keçirilib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, tədbirdə Avropa Şurasının Avropa Penitensiar Qaydalarına və Avropa Probasiya Qaydalarına dair tövsiyələri, “Məhkumların qiymətləndirilmə sahələri üzrə inkişafı, tədris və reabilitasiya metodologiyaların və riskin idarə olunmasının tətbiqi”, “Cəzaçəkmə müəssisələri və probasiya xidmətləri arasında əməkdaşlıq”, “Sanksiya və tədbirlərin cəmiyyətdə rolu və probasiya xidmətinin yaradılması”, “Şərti azad edilmə”, “Gənc məhkumların reabilitasiyası və reinteqrasiyası” mövzuları müzakirə edilib.

Penitensiar Xidmətin Təşkilat-Nəzarət İdarəsinin rəisi Musa Hümbətov seminarda “Azərbaycanda məhkumların reinteqrasiyası ilə bağlı qanunvericilik və praktika” mövzusu ilə çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR