Bank Of Baku

2011-2012-ci tədris ilində həvəsləndirmə tədbirləri tətbiq olunmaqla 800 nəfər ucqar kənd məktəblərinə göndəriləcək- FOTOSESSİYA

2011-2012-ci tədris ilində həvəsləndirmə tədbirləri tətbiq olunmaqla 800 nəfər ucqar kənd məktəblərinə göndəriləcək- <font color=red>FOTOSESSİYA</font>
# 03 dekabr 2011 11:22 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Təhsil Nazirliyində kollegiya iclası keçirilib. APA-nın məlumatına görə, iclasda “İstedadlı uşaqların yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramının” icrası, 2008-2011-ci illərdə keçirilən “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin nəticələri”, “2010-2011-ci dərs ilində keçirilən buraxılış imtahanlarının və Milli qiymətləndirmənin yekunları”, “2011-2012-ci dərs ilində respublikanın ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri və kadr təminatı”, “2012-2013-cü dərs ilində V siniflərdə yeni fənn kurrikulumların tətbiqinə keçidlə əlaqədar müəllimlər üçün təlim kurslarının təşkili” və digər məsələlər müzakirə edilib.

Kollegiyada çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, ötən dərs ili ilə müqayisədə ölkənin ümumtəhsil məktəblərində sinif komplektlərinin sayı 2770, şagirdlərin sayı 33071, müəllimlərin sayı 10 min nəfərədək azalıb. Müəllimlərin sayında azalma şagird-müəllim nisbətinə də təsir edib, bu nisbət 8,3-dən 8,5-ə qədər artıb. Son 10 ildə ilk dəfə olaraq müəllim-şagird nisbətinin artma tendensiyası müşahidə edilib.

Nazir deyib ki, Nazirlər Kabinetinin qərarına uyğun olaraq həvəsləndirmə tədbirləri tətbiq olunan limit yerləri müəyyənləşdirilib və Maliyyə Nazirliyinə təqdim edilib. 2011-2012-ci tədris ilində ucqar kənd məktəblərinə həvəsləndirmə tədbirləri tətbiq olunmaqla 800 nəfərin göndərilməsi nəzərdə tutulub, həmin yerlərdən 100-ü Naxçıvan Muxtar Respublikasına ayrılıb. Bu dərs ilində vakant müəllim yerlərindən 309-u rayon mərkəzindən 20 km-dək məsafədə yerləşən məktəblərdə, 391 yer isə rayon mərkəzindən 20 km-dən artıq məsafədə yerləşən məktəblərdə olub.

Nazir həmçinin bildirib ki, 2012-2013-cü illərdə V siniflərlə işləyəcək və təlimlərə cəlb ediləcək müəllimlərin təxmini sayı müəyyənləşdirilib. 5 iqtisadi zona üzrə keçiriləcək təlimlərə 61611 müəllim cəlb ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR