Bank Of Baku

“FHN-nin Cənub Regional Mərkəzi ilə yerli icra hakimiyyəti vəözünüidarəetmə orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi” mövzusunda seminar-müşavirə keçirilib

“FHN-nin Cənub Regional Mərkəzi ilə yerli icra hakimiyyəti vəözünüidarəetmə orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi” mövzusunda seminar-müşavirə keçirilib
# 03 dekabr 2011 19:50 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Boladi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində “Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi (CRM) ilə yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi” mövzusunda seminar-müşavirə keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının nümayəndələri ilə yanaşı, Boladi kənd sakinlərinin də iştirak etdikləri tədbirdə Mərkəzin Ərazi orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Zaur Hüseynovun “FHN-nin Cənub Regional Mərkəzi ilə yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsinin əsas istiqamətləri”, Operativ-reaksiyavermə və əməliyyat-planlaşdırma idarəsinin baş zabiti İzzət İbadovun “Yanğına səbəb olan amillər və onlardan qorunma yolları”, Mülki müdafiə işinin təşkili şöbəsinin zabiti leytenant Elçin Mustafayevun “Fövqəladə hadisə zamanı fəlakət zonalarından əhalinin düzgün təxliyə olunması qaydaları” mövzusunda məruzələri dinlənilib.
Müşavirədə “Fövqəladə Hallar Nazirliyi xəbərdarlıq edir!”, "Hansı hallarda 112 qaynar xətlə əlaqə saxlamaq lazımdır?", "İlkin tibbi yardım göstərmək qaydalarını hamı bilməlidir!" və "Qəza radiasiya zədələnmələrinin diaqnozunu necə qoymalı və ilk cavab tədbirlərini necə görməli" mövzularında hazırlanmış vərəqə və broşuralar paylanıb, Mərkəzin fəaliyyəti, regionun torpaq sürüşməsi sahələri, yanğın-partlayış hadisələrinin törətdiyi fəsadlar, su obyektləri, hidrotexniki qurğular və yüksək gərginlikli hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında yerləşən fərdi yaşayış evləri, fərdi yaşayış evlərinin qəzalı vəziyyətə düşmə səbəbləri və müxtəlif təyinatlı obyektlər ilə bağlı video və foto slaydlar nümayiş etdirilib və həmçinin tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR