Bank Of Baku

Nəsimi, Yasamal və Nərimanov rayonlarının su təminatında fasilələr olacaq

Nəsimi, Yasamal və Nərimanov rayonlarının su təminatında fasilələr olacaq
# 05 dekabr 2011 07:36 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. «Azərsu» ASC-nin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində tədbirlərə uyğun olaraq məhəllədaxili su xətlərinin yeni çəkilmiş magistral kəmərlərə qoşulması işləri aparılır.

ASC-dən «APA-Economics»ə verilən məlumata görə, bununla əlaqədar dekabrın 5-6-da Bakı şəhərinin Nəsimi, Yasamal, Nərimanov rayonlarının bir hissəsinə - Ş.Əzizbəyov, M.Topçubaşov, Mərdanov qardaşları, A.Qurbanov, S.Rəhimov, S.Vurğun, M.Füzuli küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR