Bank Of Baku

BMT baş katibi beynəlxalq könüllülər günü münasibəti ilə müraciət edib

BMT baş katibi beynəlxalq könüllülər günü münasibəti ilə müraciət edib
# 05 dekabr 2011 08:17 (UTC +04:00)
Bakı-APA. BMT-nin baş katibi Pan Ki Mun beynəlxalq könüllülər günü münasibəti ilə müraciət edib. BMT-nin Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumata görə, müraciətdə deyilir: “Biz Beynəlxalq Könüllülər Günündə BMT məqsədlərinin təbliğ edilməsi üçün könüllülərin əzmi, onların heyranedici xidmət ruhu və geniş miqyaslı təşəbbüslərini yüksək qiymətləndiririk. Bu il dünya əhalisinin 7 milyardı keçdiyi bir vaxtda, biz hər kəsin digərlərinə kömək etmək potensialından istifadə etməliyik. Hər kəs fərqlilik yarada bilər. Könüllülük vacibdir”.
Müraciətdə daha sonra bildirilir ki, milyonlarla könüllü bütün dünyada davamlı inkişaf və sülhü qorumağa kömək edir. Onların fəaliyyəti özünü bir çox formalarda büruzə verir: könüllülük edən təşkilatlar, öz icmalarında təkbaşına fəaliyyət göstərən fərdlər və BMT Könüllüləri adı altında bizimlə və tərəfdaşlarımızla birlikdə xidmət.
Bu il ilk dəfə açıqlanmış Dünyada Könüllülüyün Vəziyyətinə dair Hesabat könüllülərin nailiyyətlərini əks etdirir: “Bu münasibətlə mən BMT Könüllüləri proqramını təbrik edirəm və davamlı inkişaf, humanitar yardım, ətraf mühitin mühafizəsi və Minilliyin İnkişafı Məqsədləri istiqamətində irəliləyişlər üzərində çalışan milyonlarla könüllünün işini yüksək dəyərləndirirəm. Onlar böyük həvəs və məsuliyyətlə könüllülüyün dünyanı necə dəyişdiyini göstərməyə kömək edirlər. Beynəlxalq Könüllülər Gününü qeyd etdiyimiz bir zamanda mən siyasətlə bağlı qərar verən şəxsləri könüllülüyü dəstəkləməyə və müsbət qarşılamağa həvəsləndirir və hər kəsi bu hərəkata qoşulmaq üçün nə edə biləcəklərini nəzərdən keçirməyə çağırıram”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR