Bank Of Baku

Azərbaycanda dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə başlanacaq

Azərbaycanda dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə başlanacaq
# 05 dekabr 2011 09:16 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov deyib. B. Xəlilov bildirib ki, bu “Dövlət qulluğu haqqında” qanuna edilən müddəada nəzərdə tutulub. Onun sözlərinə görə, hazırda bu müddəanın tətbiqi üçün komissiya tərəfindən Dövlət Sosial Müdafiə Fondu və Sumqayıt şəhər İcra Hakimiyyətində pilot layihələr həyata keçirilir. Komissiya sədri layihənin Prezident Administrasiyası göstərişi ilə həyata keçirildiyini deyib. B. Xəlilov onu da deyib ki, məqsəd rəhbər dövlət qulluğu işçilərini fəaliyyətin qiymətləndirilməsi mexanizmləri ilə tanış etməkdir. Layihə başa çatandan sonra əldə edilən nəticələr əsasında dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi haqqında qaydalar təsdiq ediləcək.
B. Xəlilov bu prosesin “Dövlət qulluğu haqqında” qanunun şamil edildiyi bütün dövlət orqanlarında həyata keçiriləcəyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR