Bank Of Baku

Azərbaycan ərazisində havanın temperaturu yüksələcək

Azərbaycan ərazisində havanın temperaturu yüksələcək
# 05 dekabr 2011 09:20 (UTC +04:00)
Mülayim cənub küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, havanın temperaturu gecə 2-6, gündüz 8-11 dərəcə isti olacağı gözlənilir.

Dekabrın 7-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-6, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 6-da hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacağı, Lənkəran-Astara bölgəsində isə az yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 6-11 dərəcə şaxta olacağı gözlənilir.

Dekabrın 7-də hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 6-11 dərəcə şaxta olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz əsasən dekabrın 6-dan 8-dək Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR