Bank Of Baku

Lənkəranda “Fövqəladə hallar zamanı müəssisə və təşkilatların davranış qaydaları” mövzusunda seminar-müşavirə keçirilib - FOTO

Lənkəranda “Fövqəladə hallar zamanı müəssisə və təşkilatların davranış qaydaları” mövzusunda seminar-müşavirə keçirilib - <font color=red>FOTO</font>
# 05 dekabr 2011 09:35 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Lənkəran Mərkəzi Rayon Xəstəxanasında “Fövqəladə hallar zamanı müəssisə və təşkilatların davranış qaydaları” mövzusunda seminar-müşavirə keçirib. APA-nın cənub bürosunun məlumatına görə, tədbir idarə və müəssisələrdə fəaliyyət göstərən əməkdaşların yanğın və texniki təhlükəsizlik tədbirləri sahəsində maarifləndirilməsi, regionda baş verməsi gözlənilən təbii və texnogen xarakterli fövqəladə halların vaxtında xəbərdar edilməsi, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması istiqamətlərində Regional Mərkəzlə bölgədə fəaliyyət göstərən idarə və müəssisələr arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi məqsədi daşıyıb.

Mərkəzin Operativ-reaksiyavermə və əməliyyat-planlaşdırma idarəsinin baş zabiti İzzət İbadov “Təbii mənşəli fövqəladə halların növləri, yaranma səbəbləri, fəsadları və onlardan qorunma tədbirləri”, Mülki müdafiə işinin təşkili şöbəsinin zabiti Elçin Mustafayev “Əhalinin radioaktiv, kimyəvi və bioloji müdafiəsi”, Ərazi orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Zaur Hüseynov “Fövqəladə vəziyyət şəraitində tətbiq olunan tədbirlər və müvəqqəti məhdudiyyətlər” mövzusunda məruzələrlə çıxış ediblər.

Müşavirədə “Fövqəladə Hallar Nazirliyi xəbərdarlıq edir!”, "Hansı hallarda 112 qaynar xətlə əlaqə saxlamaq lazımdır?" mövzularında hazırlanmış vərəqə və broşurlar paylanıb, Mərkəzin fəaliyyəti, regionun torpaq sürüşməsi sahələri, yanğın-partlayış hadisələrinin törətdiyi fəsadlar, su obyektləri, hidrotexniki qurğular və yüksək gərginlikli hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında yerləşən fərdi yaşayış evləri, fərdi yaşayış evlərinin qəzalı vəziyyətə düşmə səbəbləri və müxtəlif təyinatlı obyektlərlə bağlı digər məlumatlar da tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR