Bank Of Baku

Bu il Azərbaycanda müəllimlərin işə qəbulu ilə bağlı imtahanlar iyun ayından başlayacaq

Bu il Azərbaycanda müəllimlərin işə qəbulu ilə bağlı imtahanlar iyun ayından başlayacaq
# 31 yanvar 2012 13:10 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Bu il Azərbaycanda müəllimlərin işə qəbulu ilə bağlı imtahanların keçirilməsinə iyun ayından başlanılacaq. APA-nın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəedilməsi şöbəsinin müdiri Fərzəli Qədirov deyib. Onun sözlərinə görə, bu il keçiriləcək imtahanlarda bəzi yeniliklər nəzərdə tutulur: “Yeni tədris ilinin imhtanları üçün ciddi hazırlaşırıq. Yeniliklərdən biri bu ola bilər ki, biz müsabiqəni tək Bakı şəhərində deyil, eyni zamanda regionlarda da keçirə bilək. Müəllim olmaq istəyənlər üçün tək Bakı şəhərində deyil, Gəncə, Lənkəran, Quba və yaxud Xaçmazda da müsabiqə keçiriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR