Bank Of Baku

Bakının orta məktəblərində "Azərbaycan dili və ədəbiyyatı" aylığı başlayır

Bakının orta məktəblərində "Azərbaycan dili və ədəbiyyatı" aylığı başlayır
# 31 yanvar 2012 13:33 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) ümumtəhsil məktəblərində keçirilən riyaziyyat aylığının yekunları ilə bağlı “Riyaziyyat elmlərin şahıdır” adlı konfrans keçirib. APA-nın məlumatına görə, BŞTİ-nin sektor müdiri Zəminə Əliqızı bildirib ki, 2011-ci ilin dekabr ayında bütün ümumtəhsil müəssisələrində “Riyaziyyat aylığı” təşkil olunub: “Fənn aylığı çərçivəsində müxtəlif müsabiqələr, seminarlar, açıq dərslər, sərgilər və dəyirmi masalar keçirilib, tanınmış riyaziyyatçılarla şagirdlərin görüşü təşkil olunub. Məqsədimiz fənnin tədris səviyyəsini yüksəltmək, ən yaxşı müəllimləri aşkar etmək, qabaqcıl müəllimlərin təcrübəsini öyrənmək idi. Hətta fənn aylığı çərçivəsində Xəzər rayonunda iki orta məktəb arasında telekörpü təşkil edilib, qarşılıqlı dərs dinləmələri keçirilib”.

Tədbirdə aylıq çərçivəsində keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb. 7 nominasiya üzrə ilk 5 yerin qalibi və hər nominasiya üzrə fərqlənən 5 müəllim mükafata layiq görülüb. Ümumilikdə konfransın sonunda 80-ə yaxın müəllim və şagird mükafatlandırılıb.

Fevralın 1-dən Bakının orta məktəblərində "Azərbaycan dili və ədəbiyyatı" aylığı keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR