Bank Of Baku

Qazax rayonunun girişində 51 metr hündürlükdə Azərbaycan bayrağı ucaldılacaq

Qazax rayonunun girişində 51 metr hündürlükdə Azərbaycan bayrağı ucaldılacaq
# 31 yanvar 2012 13:52 (UTC +04:00)
Qazax. Ayxan Hüseynov - APA. Qazax rayonunun Bakı istiqamətindən girişində Azərbaycan bayrağı ucaldılacaq. Bu barədə APA-nın Qərb bürosuna Qazax Tikinti və Memarlıq Şöbəsindən məlumat verilib. Məlumata görə, bu Qazax rayonunda aparılan yenidənqurma və abadlıq işləri çərçivəsində baş tutacaq. 51 metr hündürlükdə olan bayrağın eni 5, uzunluğu isə 10 metr olacaq. Bundan əlavə rayonun girişində 17 metr hündürlüyündə üzərində “Qazax rayonu” sözləri yazılmış giriş qapısı inşa edilir. Hazırda inşası davam etdirilən giriş qapısı fevral ayının 2-ci ongünlüyündə hazır olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR