Bank Of Baku

Gənclər və İdman Nazirliyi Səttar Bəhlulzadə adına Sərgi Salonunda 2 fevral - Gənclər Gününə həsr olunmuş tədbir keçirib - FOTOSESSİYA

Gənclər və İdman Nazirliyi Səttar Bəhlulzadə adına Sərgi Salonunda 2 fevral - Gənclər Gününə həsr olunmuş tədbir keçirib - <font color=red>FOTOSESSİYA</font>
# 31 yanvar 2012 16:17 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Gənclər və İdman Nazirliyi 2 fevral - Gənclər Günü münasibəti ilə Səttar Bəhlulzadə adına Sərgi Salonunda tədbir keçirib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev qeyd edib ki, yaradıcı gənclərin tədbirlərinin keçirilməsində dövlət tərəfindən daim köməkliklər göstərilir. Bu tip gənclərin dəstəklənməsi layihələri gələcəkdə davam etdiriləcək.

Azərbaycan Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov isə yaradıcı gənclərə dövlət tərəfindən göstərilən diqqətdən danışıb. O qeyd olunan addımın öz növbəsində gənclərə stimul verdiyini bildirib.

Tədbirdə modelyer-dizayner Turan Kərimbəylinin, modelyerlər Leyla Eyvazova və Zülfiyyə Salmanovanın işləri nümayiş olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR