Ombudsman Milli Fəaliyyət Proqramının vətəndaş cəmiyyəti ilə birgə müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirib
Ombudsman son dövrdə ölkəmiz üçün olduqca önəmli hadisələrin baş verdiyini, Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsinin respublikamızın beynəlxalq imicinin daha da yüksəlməsinin, dünya birliyindəki yerinin daha da möhkəmlənməsinin təsdiqi olduğunu diqqətə çatdırıb. O, bəşər tarixində insanlığa qarşı ən qatı cinayətlərdən olan Xocalı soyqırımının 20-ci ildönümünün yaxınlaşdığını vurğulayıb, Fransa Senatının uydurma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanunun qəbulu ilə bağlı atdığı addımın insan hüquqlarına tamamilə zidd bir hərəkət, beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasının daha bir nümunəsi olduğunu və haqlı olaraq dünya ictimaiyyəti tərəfindən kəskin etirazla qarşılandığını söyləyib.
Müvəkkil insan hüquqları sahəsində ilk proqramın Ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə qəbul edildiyini, onun 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi işində mühüm əhəmiyyət kəsb etdiyini və önəmli rol oynadığını bildirib.
Ombudsman qeyd edib ki, Milli Fəaliyyət Planının icrası prosesində müxtəlif illərdə ölkəmizin 58 rayonunda mütəmadi olaraq yerli icra hakimiyyəti, məhkəmə, prokurorluq, polis və digər dövlət orqanlarının, bələdiyyələrin, seçki komissiyalarının, icmaların, o cümlədən qaçqın və məcburi köçkünlərin, milli azlıqların, həmçinin çoxsaylı yerli QHT və KİV nümayəndələrinin iştirakı ilə ictimai dinləmələr keçirilmiş, təhlillər aparılmış, yekun konfranslar təşkil olunub, nəticədə irəli sürülmüş təkliflər müvafiq dövlət orqanlarına göndərilib.
Milli Fəaliyyət Proqramında bütün vəzifələr, məsul icraçılar və icra müddətlərinin göstərildiyini vurğulayan Müvəkkil yerlərdə müvafiq dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının bilavasitə iştirakı ilə adı çəkilən Proqramın tam şəkildə həyata keçirilməsi üçün şərait yaradılmasının, icraçıların məsuliyyət hissinin artırılmasının zəruriliyini qeyd edib.
Tədbirdə çıxış edən Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı, Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Uşaq Hüquqları üzrə QHT Alyansının idarə heyətinin sədri Nazir Quliyev, Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı Mərkəzinin rəhbəri Əhməd Abbasbəyli, İnsan hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri İradə Cavadova, Səhiyyə və Sağlam Həyat İctimai Birliyinin rəhbəri Lətafət Əlizadə, Daun Sindromlu Uşaqlar İctimai Birliyinin sədri Gülarə Teymurova və başqaları müzakirə olunan məsələ ilə bağlı fikir və mülahizələrini söyləyib, proqramın həyata keçirilməsində vətəndaş cəmiyyətinin potensialından effektiv istifadə olunmasının vacibliyini vurğulayıblar.
Sosial
Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusu üzrə qərar verib
İran yendiən Bəhreyndəki ABŞ mövqelərinə raket zərbələri endirib
Bu il 5 minə yaxın əcnəbi qanunsuz miqrasiyaya görə saxlanılıb, 800-dən çoxu Azərbaycandan çıxarılıb
APA TV-də XƏBƏRAPARAN - CANLI
Xəbər Lenti
Əksər yerlərə yağış yağır, külək əsir - FAKTİKİ HAVA
Ukrayna Azov dənizində Rusiyanın daha 9 tankerini vurub
Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusu üzrə qərar verib
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət edib
100 000 AZN-dək maşın üçün aylıq 90 AZN-lik KASKO sığortası var
Mehr: İranın atom elektrik stansiyası yerləşən şəhərdə partlayış səsləri eşidilib
Ukrayna Rusiya hərbi obyektlərinə zərbələr endirib
Azər Türk Bank təhsil işçiləri üçün sərfəli istehlak kreditləri kampaniyasına başlayıb
Prezident İlham Əliyev İordaniya Baş nazirinin müavinini qəbul edib
İran yendiən Bəhreyndəki ABŞ mövqelərinə raket zərbələri endirib
Agentlik: Qlobal qaz istehlakı son yeddi ildə üçüncü dəfə azala bilər
Norveç Ukraynanın hava hücumundan müdafiəsi üçün 268 milyon avro ayırır
Rutte: ABŞ-ın İrana yeni zərbələri tamamilə zəruri idi
KİV: Almaniyada təxribat hazırlayan iki Rusiya agenti saxlanılıb
Mərdəkanda dənizdə batan 16 yaşlı oğlanın meyiti tapılıb- YENİLƏNİB
BEA: Azərbaycanın Aİ-yə qaz ixracı 3% artıb
“Zirə” Konfrans Liqasında mübarizəyə başlayır
Bu il 5 minə yaxın əcnəbi qanunsuz miqrasiyaya görə saxlanılıb, 800-dən çoxu Azərbaycandan çıxarılıb
İraqda Xamenei ilə vida mərasimi keçirilir
Azərbaycan və Türkmənistan arasında Birgə Hökumətlərarası Komissiyanın növbəti iclası olacaq
Büdcənin icrasına dair “Vətəndaşın büdcə bələdçisi” hazırlanıb
Qalibaf: Biz təslim olmayacağıq
İran ABŞ-ın neft satışına tətbiq olunan sanksiyaların müvəqqəti dayandırılmasını ləğv etməsini pisləyib
Rusiyanın Kiyevə zərbələri nəticəsində bir qadın ölüb - YENİLƏNİB
Boçorişvili: Gürcüstan-Türkiyə-Azərbaycan əməkdaşlığı indi daha böyük əhəmiyyət kəsb edir
APA TV-də XƏBƏRAPARAN - CANLI
Azercell AWS ilə əməkdaşlıqda süni intellekt bacarıqlarının inkişafına yönəlmiş təlimlər təşkil edib
ADY ilin ilk yarısında sərnişindaşımanı 18% artırıb
ABŞ neftin qiyməti üzrə proqnozunu kəskin azaldıb
Əmtə bazarlarında qızılın ucuzlaşması davam edir
Dünya bazarlarında neft 3% bahalaşıb
Azərbaycan neftinin qiyməti 75 dolları ötüb
Nyu-York birjasında təbii qazın qiyməti artıb
Bir sıra rayonlarda elektrik enerjisi olmayacaq
Bu günün valyuta məzənnələri
Rutte: Bu gün NATO zirvəsində İran məsələsi müzakirə olunacaq
Şüvəlanda dənizdə batan 28 yaşlı şəxsin meyiti tapılıb
Rusiya gecə ərzində 400-dən çox Ukayna PUA-sını məhv edib
Balakən və Zaqatalada leysan yağışlar problemlərə səbəb olub, bəzi kəndləri sel basıb - VİDEO - FOTO
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
SEPAH ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirdiyini açıqlayıb
Qlobal fond bazarlarında əsas indekslərdə eniş müşahidə olunub
“Bitcoin”in qiyməti yenidən 63 min dollardan aşağı enib
ABŞ İranda 80-dən çox hədəfə zərbə endirib - YENİLƏNİB
WSJ: ABŞ senatorları Rusiyaya qarşı yeni sanksiyalar üçün Maliyyə Nazirliyinə təzyiq göstərəcək
FIFA Rusiya komandalarına tətbiq olunan sanksiyaların ləğvini müzakirə edəcək
Xocavənd və Şuşaya növbəti köç karvanı yola salınıb - FOTO
Rumıniya Ukraynadan PUA-ların özünü məhv etmə funksiyası ilə proqramlaşdırılmasını istəyib
Cokoviç Böyük Dəbilqə turnirlərində yeni rekorda imza atıb
Sibiqa: Ukrayna artıq Rusiyaya zərbələr üçün heç kimdən icazə almayacaq